Mirzəyev Fərid Namiq oğlu
29 iyun 2026 | 09:04
Sabahın xeyir, #Qax!
Mirzəyev Fərid Namiq oğlu 1988- ci il iyun ayının 28-də Qax rayonunun İlisu kəndində anadan olub. 1994- cü ildə Qax rayonu Ləkit kənd tam orta məktəbinin 1- ci sinfinə gedib. 1996-cı ilə qədər həmin məktəbdə oxuyub. 1996-2005–ci illər arasında təhsilini Qax rayonu 4 saylı orta məktəbdə davam etdirib. 21 iyul 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ildə hərbi xidmətini başa vurub. 2010-cu ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin Təlim və Tədris mərkəzində gizir hazırlığı (kəşfiyyat ixtisası üzrə) tağım komandirinin müavini qrup komandiri kursunu bitirib. 2011-ci ildən 2017-ci ilədək gizir rütbəsində xidmət edib və Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılıb. 2021-ci ildən yenidən xidmətə qayıdaraq taqım komandirinin müavini vəzifəsində çalışamağa başlayıb.
6 ferval 2023-cü il tarixində zabit hazırlığı kursunda yüksək nəticələr göstərərək fərqləndiyinə görə Fərid Mirzəyevə kiçik leytenant rütbəsi verilib.
2023-cü il 19 sentyabrda keçirilən Lokal Antiterror əməliyyatında Fərid Mirzəyev qəhrəmancasına şəhid olub.
Xidməti dövründə"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı, Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, Vətən uğrunda və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib. Qax şəhər “Şəhidlər Xiyabanı”nda dəfn olunub. Qax şəhərində yerləşən küçələrin birinə Şəhidimizin adı verilərək əbədiləşdirilib.
Ailəli olub. 3 övladı var.
Allah şəhidlərimizə rəhmət eləsin.






