Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Mollayev Abdulla Molla oğlu

10 avqust 2026 | 15:01
Sabahın xeyir, #Qax!
Mollayev Abdulla Molla oğlu 1988-ci il fevralın 6-da Qax rayonu Qaxbaş kəndində anadan olub. 1994-cü ildə Qaxbaş kənd 2 nömrəli tam orta məktəbinin 1-ci sinifinə gedib. 2005-ci ildə 11-ci sinifi bitirib. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Təhsilini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasında leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Daha sonra xidmətini Naftalanda N saylı hərbi hissədə kadrlar rəisi vəzifəsində davam etdirib. 2015-ci il dekabrın 5-də Ermənistan Silahlı Qüvvələrinin Tapqaraqoyunlu kəndini atəşə tutması nəticəsində Baş leytenant Mollayev Abdulla Molla oğlu şəhid olub. Xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı və ölümnündən sonra ”Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Ailəli olub, bir övladı yadigar qalıb. Allah şəhidlərimizə rəhmət eləsin.
Keçidlər