Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Müasir Azərbaycanın memarı, müstəqilliyimizin bərpası” adlı dəyirmi masa keçirilmişdir

18 oktyabr 2023 | 18:17

Heydər Əliyev ili çərçivəsində oktyabrın 18-də rayonun Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycanın memarı, müstəqilliyimizin bərpası” adlı dəyirmi masa keçirilmişdir.

Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının, şəhid ailələrinin, qazilərin və ictimaiyətin nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirmişdir ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür – Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının otuz ikinci ildönümüdür. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir. Vurğulamışdır ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamış, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşmişdi. Azərbaycan özünün əsl müstəqilliyini məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi.  Həmçinin qeyd etmişdir ki, bugün müstəqilliyimiz Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərə nail olub. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə qazanıb, işğal altında olan torpaqlarımız düşməndən azad olunub. Qarabağın tacı, döyünən ürəyi Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazılıb. Bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq, indi üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, işğaldan azad edilən digər şəhərlərimizdə qürurla dalğalanır.

 Çıxış edənlər Müstəqilliyimizin sarsılmaz və əbədi olduğunu bir daha diqqətə çatdırmışlar.

Tədbirin sonunda 18 oktyabr- Müstəqilliyin bərpası gününə həsr edilən film nümayiş olunmuşdur.

 

Keçidlər