Müasir dövrdə gənclərin biznes biliklərinin artırılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunması regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır
Müasir dövrdə gənclərin biznes biliklərinin artırılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunması regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Xüsusilə marketinq sahəsində bilik və bacarıqların formalaşdırılması gənclərə öz ideyalarını reallaşdırmaq, bazarda rəqabət aparmaq və dayanıqlı biznes qurmaq üçün geniş imkanlar yaradır. Bu baxımdan “Uğurlu marketinqin sirləri” mövzusunda keçirilən təlimlər gənclərin praktiki bacarıqlarının inkişafına və müasir biznes mühitinə uygunlaşmasına əhəmiyyətli töhfə verir.
Gənclər üçün “Uğurlu marketinqin sirləri” mövzusunda belə tədbirlərdən biri də Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qax rayonunda keçirilmişdir. Təlimdə gənc sahibkarlar, fəal, biznes fəaliyyətinə maraq göstərən gənclər iştirak ediblər.
Təlimdə Beynəlxalq Əmək Təşkilatının təlimçisi Sərxan Hacıyev iştirakçılara marketinqin əsas anlayışları, bazar və müştəri analizi, liderlik və idarəetmə, həmçinin marketinq planı və strategiyası barədə ətraflı məlumat verib.
Təlimin əsas məqsədi gənclərin biznes bacarıqlarının artırılması və marketinq alətləri ilə tanışlıq olmuşdur.






