Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Müəllimlərlə görüşlər davam edir

04 mart 2026 | 13:17
Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Qax rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IV və VI siniflərində Azərbaycan dili, riyaziyyat və təbiət fənlərini tədris edən müəllimlərlə görüşüb.
‎ Görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafız Pənahov, idarənin digər struktur bölmə rəhbərləri və fənn müəllimləri iştirak ediblər.
‎ Çıxışlarda təhsil sahəsində aparılan islahatların əhəmiyyəti vurğulanıb, müəllimlərin peşəkarlığının artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və riyazi düşüncə bacarıqlarının inkişafı, dərslərin interaktiv təşkili və müasir təlim metodlarının tətbiqi barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda istedadlı şagirdlərlə işin sistemli təşkili və nailiyyətlərin obyektiv qiymətləndirilməsi məsələləri də müzakirə olunub.
‎ Görüşün sonunda müəllimlərin sualları cavablandırılıb, təklif və fikirləri dinlənilib.
Keçidlər