Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Müharibə əlilləri ilə görüş keçirilmişdir

23 avqust 2023 | 17:19

   Avqustun 22-də  rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Şəki Reabilitasiya Mərkəzinin həkim heyəti və müharibə əlillərinin görüşü keçirilib. 
   Tədbiri giriş sözü ilə açan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev bildirib ki, Azərbaycanda dövlət tərəfindən əlilliyi müəyyən olunmuş şəxslərin, o cümlədən qazilərin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Vurğulayıb ki, əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilib, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülüb. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bugün əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən maddi yardımlar ildən-ilə artır. Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir. Bugün keçirilən tədbir də bütün bu görülən işlərin davamıdır.

    Tədbirdə Şəki Reabilitasiya Mərkəzinin rəhbəri Tərlan Qurbanov reabilitasiya xidmətləri barədə geniş məlumat verərək iştirakçıların suallarını cavablandırmışdır.

Keçidlər