Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Musayev Ayaz Məcid oğlu

08 iyun 2026 | 09:20
Sabahın xeyir, #Qax!
Musayev Ayaz Məcid oğlu 1972-ci il yanvarın 21-də Qax rayonunun Əmircan kəndində anadan olub. O, 1988-ci ildə Əmircan kənd ümumi orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra Bakıdakı 5 nömrəli kimya-bilogiya təmayüllü məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra Sovet ordusunda hərbi xidmətə çağrılıb. 1992-ci ilin fevralın 18-də hərbi xidmətdən qayıdan Ayaz bir həftədən sonra könüllü olaraq Milli Ordunun tərkibində Qarabağda döyüşlərə qatılıb. 1993- cü ilin martın 8-də Ağdamın Məlikli kəndində şəhid olub. Əmircan kəndində dəfn olunub. Əmircan kənd tam orta məktəbinə şəhidimizin adını daşıyır. Allah şəhidlərimizə rəhmət eləsin.
Keçidlər