Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Musayev Sahib Musa oğlu

20 iyul 2026 | 12:10
Sabahın xeyir, #Qax!
Musayev Sahib Musa oğlu 21 iyul 1984-cü ildə Qax rayonunun Şotavar kəndində andan olub. 1990-cı ildə Şotavar kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 8-ci sinfə qədər həmin məktəbdə oxuyub. Daha sonra təhsilini Qorağan kənd tam orta məktəbində davam etdirib. 2001-ci ildə Azərbaycan Maliyyə İqtisad kollecinə daxil olub. Kollecdə oxuduğu müddətdə həqiqi hərbi xidmətə çağırılıb və 2004-cü ildə həqiqi hərbi xidməti başa vurub. Hərbi xidmət bitirdikdən sonra gizirlik kursunu oxuyub və XTQ-də gizir rütbəsində xidmətə başlayıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etib. 7 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Azərbaycan bayrağı ordeni”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. 12 noyabr 2020-ci il tarixdə Qax rayonunun Şotavar kəndində dəfn olunub. Şəhidimizin adı əbədiləşdirilərək Qax şəhərində yerləşən küçələrdən birinə verilib.
Ailəli idi. İki övladı yadigar qalıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər