Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Nəzir Osmanovun anım mərasimi keçirilmişdir.

02 noyabr 2022 | 16:58

    Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Osmanov Nəzir Rahib oğludur. Noyabr 1-də şəhidin anım mərasimi keçirilmişdir. Anım mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanları və ictimaiyyətin nümayəndələri  Nəzir Osmanovun məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək  ruhuna dualar oxumuşlar.  Şəhid  Osmanov Nəzir Rahib oğlu  1998-ci  ildə  Qax  rayonunun Qıpçaq kəndində  anadan  olmuşdur. O, noyabrın 1-də Şuşa döyüşləri       zamanı          şəhidlik  zirvəsinə  ucalmışdır.
         Nəzir Osmanov ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə",       "Kəlbəcərin azad olunmasına görə", “Hərbi xidmətlərdə fərqlənməyə görə üçünçü dərəcəli” medalları  ilə təltif   edilmişdir.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Keçidlər