Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Nicat Mənəfovun anım mərasimi keçirilmişdir.

04 noyabr 2022 | 16:19

   Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda canından keçən igid oğullarımızdan biridə  Nicat Mənəfovdur.  Noyabrın dördündə şəhidin anım mərasimi keçirilmişdir. Anım mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanları və ictimaiyyətin nümayəndələri  şəhidin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək  ruhuna dualar oxumuşlar. Nicat  Mənəfov 18 yanvar 2001-ci il tarixdə rayonun Qaradolaq kəndində doğulmuşdur. O, noyabrın dördündə Şuşa uğrunda gedən döyüşlərdə   şəhidlik zirvəsinə    ucalmışdır.
    Nicat  Mənəfov ölümündən sonra "Vətən uğrunda" , “Füzulinin azad olunmasına görə”,  “Cəsur döyüşçü” və “ Xocavəndin azad olunmasına görə” medalları  ilə təltif   edilmişdir.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Keçidlər