Ölkədə fəaliyyət göstərən uşaq və gənclər inkişaf mərkəzləri ölkənin gələcəyi olan nəsillərin hərtərəfli inkişafında əvəzsiz rol oynayır
Ölkədə fəaliyyət göstərən uşaq və gənclər inkişaf mərkəzləri ölkənin gələcəyi olan nəsillərin hərtərəfli inkişafında əvəzsiz rol oynayır. Bu mərkəzlər, təhsil sisteminin təkmilləşməsi, şagirdlərin istedadlarının aşkar olunması və onların real bacarıqlarının üzə çıxarılması üçün cəmiyyətə geniş imkanlar təqdim edir, minlərlə uşağın və gəncin həyatına, gələcək perspektivlərinə, ictimai davranışına və şəxsi inkişafına ciddi təsir göstərir. Burada təşkil olunan dərnəklər, layihələr, müsabiqələr və yaradıcılıq proqramları gələcək nəslin vətənpərvər, intellektual və sosial cəhətdən sağlam böyüməsinə şərait yaradır.
Uşaqların meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılması baxımından məktəbdənkənar təhsilə olan marağın artırılması da vacibdir.
Belə müəssisələrdən biri də rayonumuzda fəaliyyət göstərən Uşaq-gənclər inkişaf mərkəzidir.
Mərkəzdə 8 istiqamət üzrə 12 adda dərnək fəaliyyət göstərir.
Dərnəklərdə məşğələlər təsdiq edilmiş cədvələ uyğun aparılır və bu zaman uşaqların yaş xüsusiyyətləri və maraqları nəzərə alınır. Məşğələ prosesində müxtəlif interaktiv və praktik üsullardan istifadə edilir.
Bununla yanaşı uşaqların dünyagörüşünün genişləndirilməsinə və sosial bacarıqlarının formalaşdırılması məqsədi ilə vətənpərvərlik, sağlam həyat tərzi və ekoloji mövzularda tədbirlər keçirilir.






