Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət əsas məqsədimizdir
Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət əsas məqsədimizdir. Hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunan bu iş vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan və xidmətlərdən insanların bəhrələnməsinin təmin olunmasıdır.
Dövlət başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinə xüsusi önəm verir.
Cənab Prezidentin vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələr bu gün hər bir dövlət məmuruna nümunə olmaqla yanaşı, həm də iş fəaliyyətinin tərkib hissəsi olmalıdır.
Rayonumuzda da kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr tərəfindən mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onları narahat edən məsələlər, müraciət və təkliflər dinlənilir.
Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunaraq, səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində köməklik göstərilir.






