Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ölkəmizdə bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər

19 aprel 2025 | 11:32

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan Azərbaycanda, o cümlədən rayonumuzda ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. 

Ölkəmizdə tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılmışdır.

Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəsin multikultural təhlükəsizliyinin təmin olunduğunu göstərir. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi bu dəyərlərə əsaslanır.

      Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma vətənimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrinin də böyük xidmətləri olmuşdur .

Hər il rayonumuzda pravoslav xristian vətəndaşlarımız tərəfindən ənənəvi keçirilən Pasxa bayramı xeyirxahlığın, yeniliyin, mərhəmət və şəfqət duyğularının ifadəsidir.

Rayon rəhbərliyi Pasxa bayramı münasibəti ilə rayonun bütün xristian əhalisini təbrik edir, onlara əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayır.
         Bayramınız mübarək olsun!

 

Keçidlər