Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ölkəmizdə də şahmat çox inkişaf etmiş idman növlərindən biri hesab olunur

10 mart 2026 | 09:09

Sabahın xeyir, #Qax!

Şahmat dünyada ən məhşur və ən qədim intellektual oyunlardan biridir. Şahmatın tarixi çox qədim dövrlərə, tədqiqatçıların fikrincə təxminən 6-cı əsrə təsadüf edir. Bu oyun növü insanın məntiqi düşünmə qabiliyyətini artırır, yaddaşı gücləndirir və səbrli olmağı öyrədir.     Xüsusilə uşaqlar və gənclər üçün şahmatın böyük tərbiyəvi  və intellektual əhəmiyyəti vardır.

Ölkəmizdə də şahmat çox inkişaf etmiş idman növlərindən biri hesab olunur.

Bu sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu vardır. Onun rəhbərliyi dövründə Azərbaycanda intellektual idman növlərinə, xüsusi ilə şahmata böyük diqqət və qayğı göstərilmiş, onun təşəbbüsü ilə respublikamızda şahmat məktəblərinin və idman bölmələrinin fəaliyyəti genişləndirilmiş, gənc şahmatçıların yetişdirilməsinə əlavə şərait yaradılmışdır.

Heydər Əliyevin ölkədə şahmatın inkişafına verdiyi töhfələr Azərbaycan idman tarixində mühüm yer tutur və bu siyasət bu gün də uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə gənc şahmatçıların yetişdirilməsi, beynəlxalq yarışların keçirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Cənab Prezidentin təşəbbüsü ilə bu sahənin və digər növlərin inkişafı istiqamətində bir çox dövlət proqramları qəbul edilmişdir.

Ölkənin müxtəlif yerlərində şahmat məktəblərinin fəaliyyəti genişlənmiş, infrastruktur güclənmiş, gənclərin və yeniyetmələrin bu sahəyə olan marağının artması üçün şərait yaradılmışdır.

Şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızda şahmata göstərilən marağı daha da artırmışdır.     

Qax rayonu da şahmat ənənələri olan rayonlardan biridir və bu sahədə rayon idmancılarının uğurları çoxdur. Bu uğurların əldə edilməsində 1983-cü ildə istifadəyə verilmiş şahmat məktəbinin rolü danılmazdır.

Şahmat məktəbi fəaliyyətə başladığı gündən rayonda şahmatın inkişafında mühüm rol oynamış, ölkə şahmatına istedadlı şahmatçılar qazandırmışdır.

Məktəb gənc şahmatçıların yetişdirilməsi, onların intellektual səviyyəsinin yüksəldilməsi, yarış təcrübələrinə yiyələnməsi, respublika və beynəlxalq yarışlarda iştirak etməsi və qələbə qazanması istiqamətində fəaliyyətini uğurla davam etdirir.    Ölkə rəhbərinin şahmata göstərdiyi böyük diqqətin nəticəsidir ki, şahmat məktəbi tam təmir olunmuş və lazımi yeni avadanlıqlarla təmin edilmişdir. Qax şahmat məktəbi Azərbaycan şahmatının inkişafına bir sıra tanınmış şahmatçılar bəxş etmişdir. Ölkəmizin ilk qadın qrossmeysteri dünya şöhrətli şahmatçı Aynur Sofiyeva, FİDE ustası və yeniyetmə qızlar arasında dünya və Avropa çempionu Pərvanə İsmayılova və hazırda rayonumuzun fəxri, qadın yığma komandasının üzvü qrossmeyster Xanım Balacayeva da məhz Qax şahmat məktəbinin yetirmələridir.

Keçidlər