Oncallı kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
25 aprel 2025 | 15:39
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Oncallı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kənd yolunun 3 km uzunluğunda olan giriş hissəsinə asfalt örtüyünün çəkilməsinə, kənd sakinlərinə məxsus 100 hektar ölçüsündə olan bağ və əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.