Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Pasxa bayramı xeyirxahlığın, yeniliyin, mərhəmət və şəfqət duyğularının ifadəsidir

04 may 2024 | 17:41

Azərbaycanda əsrlər boyu multikultural dəyərlər, millətlərarası və dinlərarası münasibətlər sahəsində ənənələr mövcud olub və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Tarixən, bütün xalqlara, milli azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib.

Bu gün cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Ölkəmizdə dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir, vicdan azadlığı təmin olunur.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəsin multikultural təhlükəsizliyinin təmin olunduğunu göstərir. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi bu dəyərlərə əsaslanır.

Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda  dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar, o cümlədən pravoslav xristian vətəndaşlarımız ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edir. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin də xidmətləri olmuşdur.   
         Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan Azərbaycanda, o cümlədən rayonumuzda ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar.

         Hər il rayonumuzda pravoslav xristian vətəndaşlarımız tərəfindən ənənəvi keçirilən Pasxa bayramı xeyirxahlığın, yeniliyin, mərhəmət və şəfqət duyğularının ifadəsidir.

Rayon rəhbərliyi Pasxa bayramı münasibəti ilə rayonun bütün xristian əhalisini təbrik edir, onlara əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayır.
         Bayramınız mübarək olsun!

 

 

Keçidlər