Poçt xidməti cəmiyyətin sosial-iqtisadi həyatında mühüm rol oynayan əsas kommunikasiya vasitələrindən biridir
Poçt xidməti cəmiyyətin sosial-iqtisadi həyatında mühüm rol oynayan əsas kommunikasiya vasitələrindən biridir. İnformasiya və sənədlərin, bağlama və yüklərin təhlükəsiz, operativ və etibarlı şəkildə ünvanlara çatdırılması poçt sisteminin başlıca funksiyasıdır.
Poçt xidmətlərinin rəqəmsallaşdırılması, izləmə sistemlərinin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, xidmət keyfiyyətinin artırılmasına yönəlmiş asan addımlar, onlayn sifarişlərin artması bağlama daşımalarının həcmini əhəmiyyətli dərəcədə yüksəltmişdir.
Poçt xidməti həm də maliyyə xidmətləri, ödənişlərin qəbulu və sosial layihələrin icrasında da mühüm rol oynayır. Bu sahənin davamlı inkişafı və modernləşdirilməsi ölkənin kommunikasiya sisteminin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qax rayonu üzrə də 12 poçt şöbəsi tərəfindən əhaliyə xidmət göstərilir.
Rayonun Poçt şöbələrində göndərişlərin qəbulu və çatdırılması, bank əməliyyatları, pul baratlarının qəbulu və ödənişi, kommunal xidmət haqlarının qəbulu, postcargo bağlamalarının çatdırılması, bələdiyyələrlə maliyyə əməliyyatları, əmək haqqı kartlarının verilməsi və digər əməliyyatlar aparılır.
Bütün poçt şöbələrində əhaliyə yüksək səviyyədə xidmət göstərilməklə proqnozların vaxtında icrası ciddi nəzarətdə saxlanılır.






