Prezident İlham Əliyevin aqrar sahə ilə bağlı tapşırıqlarının icrası müzakirə edilib.
Ölkəmizin sosial-iqtisadi inkişafinda mühüm yer tutan kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr ilə bağlı müşavirə keçirilib. Müşavirədə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, aqrar sahədə çalışan mütəxəssislər, sahibkarlar və fermerlər iştirak ediblər.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun gələcək inkişafının yol xəritəsini müəyyən edir.
Bu məlum sənəd dövlətimizin kənd təsərrüfatına və aqrar sahənin inkişafına göstərilən davamlı diqqətin təzahürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilmişdir. Fermerlərə göstərilən dövlət dəstəyi subsidiyaların tətbiqi, güzəştli kreditlərin verilməsi, müasir texnikaların təminatı, aqroparkların yardılması, meliorasiya tədbirlərinin genişləndirilməsi kənd təsərrüfatının inkişafına güclü təkan vermişdir.
Son günlərdə dövlət başcısının rəhbərliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatının mövcud vəziyyəti geniş təhlil olunmuş, yeni cağırışlar və qarşıda duran vəzifələr müəyyənləşdirilimişdir. Xüsusilə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, su ehtiyyatlarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsi əsas prioritet kimi müəyyən edilmişdir.
Rayonumuzda da ölkə rəhbərliyinin aqrar sahəyə diqqət və qayğısından bəhrələnərək bu sahədə bir çox uğurlar əldə edilmişdir. Əminik ki, yeni dövlət proqramının icrası rayonumuzun aqrar potensialının daha da güclənməsinə və əkin sahələrinin genişləndiriliməsinə, məhsuldarlığın artırılmasına, əhalimizin rifahının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına töhfə verəcəkdir.
Tədbirdə rayonda kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə edilmiş, eyni zamanda fermerlərin və mütəxəssislərin çıxışları dinlənilmiş, onların möcud problemlərinin həlli yollarının müəyyənləşdirilməsi və yeni inkişaf imkanlarının araşdırılması barədə fikir mübadiləsi aparılmışdır.






