Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaratala kəndinin sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

23 iyun 2022 | 16:02

 

       Qaratala kəndində 21 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.   

       Rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kənddə yeni məktəb binasının tikilməsinə, suvarma kanalının texnika vasitəsi ilə  təmizlənməsinə, vətəndaşlar tərəfindən zəbt olunmuş örüş sahələrinin açılmasına, Vətən müharibəsi iştirakçısı olmuş kənd sakininə veteran adının verilməsinə, kənd uşaq bağçasına azyaşlının yerləşdirilməsinə, vətəndaşın həyətyanı torpaq sahəsi ilə təmin olunmasına, qazılmış artezyan quyusundan kəndin digər ərazisinə su xəttinin çəkilməsinə   köməklik göstərilməsi ilə bağlı olmuşdur.

       Qəbulda iştirak edən vətəndaşların, “vətən müharibəsi” iştirakçılarının ailə üzvlərinin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı  qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.        

Keçidlər