Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qarayev Anar Çingiz oğlu

12 oktyabr 2026 | 08:48
Sabahın xeyir, #Qax!
Qarayev Anar Çingiz oğlu 16 iyun 1998-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. 2016-ci ildə Almalı kənd tam orta məktəbini bitirib. Həmin il UNEC Zaqatala filialına qəbul olub, universiteti fərqlənmə ilə bitirib. O, unversitetdə oxuduğu müddətdə ərəb, alman, ingilis və rus dillərini təmiz öyrənib. 2020-ci il iyulun 10-da Goranboy rayonu “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayıb, xidmətini daha sonra Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və "Suqovşanın azad olunmasına görə" medalları və 25 iyun 2026-cı il tarixli sərəncamı ilə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 9 oktyabr 2020-ci ildə Almalı kəndində dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin.
Keçidlər