Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaşqaçay kəndində sakinlərlə növbəti səyyar görüş keçirilmişdir.

15 iyul 2022 | 12:21

    Qaşqaçay kəndində 15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.          

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər    kənddə , vətəndaşın Vətən müharibəsi iştirakçısı olan nəvəsinin işlə təmin olunmasına,  sərhəd keçid məntəqəsində sərhədi keçməklə bağlı yaranmış çətinliyin aradan qaldırılmasına, taxıl biçini mövsümündə kombayn çatışmadığı üçün texnikayla təmin olunmasına   köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş,  qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti  qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda  şəhid ailələri və qazilərlə   görüş təşkil olunmuşdur.

Keçidlər