Qaşqaçay kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaşqaçay kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, qəzalı işıq dirəklərinin dəyişdirilməsinə, taxıl biçini üçün kombaynın verilməsinə, bir neçə ailənin yaşadığı ərazidə zəbt olunmuş gediş-gəliş yolunun genişləndirilməsinə, intensiv yağış suları ilə yuyulmuş fərdi yaşayış evinə gedən yolun düzəldilməsinə, ailə vəziyyəti çətin olan kənd sakininin işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.