Qax Dövlət Aqrar İnkişaf Mərkəzində taxıl biçininin itkisiz və optimal müddətdə başa çatdırılması, habelə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə kombaynçıların iştirakı ilə görüş keçirilib.
06 iyun 2026 | 11:04
Qax Dövlət Aqrar İnkişaf Mərkəzində taxıl biçininin itkisiz və optimal müddətdə başa çatdırılması, habelə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə kombaynçıların iştirakı ilə görüş keçirilib.
Görüşdə rayon rəhbərliyi, aidiyyəti aqrar qurumların nümayəndələri, mexanizatorlar və iri təsərrüfat sahibləri iştirak ediblər.
Tədbirin əsas məqsədi biçin mövsümündə qarşıda duran vəzifələri koordinasiya etmək və strateji məhsulun itkisinə yol verilmədən anbara çatdırılmasını təmin etmək olmuşdur.
Görüşdə kombaynların və digər texnikaların tam saz vəziyyətdə saxlanılması, iş qrafikinin düzgün qurulması, yanacaq və ehtiyat hissələri ilə təminatının vaxtında həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı bildirilmiş, fermerlər, mexanizatorlar və aidiyyəti qurumlar arasında sıx əməkdaşlığın biçin kompaniyasının uğurla başa çatdırılmasının əsas şərt olduğu vurğulanmışdır. Həmçinin kombaynların sahələr üzrə boş dayanmasının qarşısını almaq üçün dislokasiya planı hazırlanmış, hər bir texnikanın xüsusi qrafiklə növbəti sahəyə yönləndirilməsi nəzərdə tutulmuşdur.
Sonda yığıncaqda biçin ərəfəsində və məhsul yığımı dövründə yanğın riskini minimuma endirmək üçün profilaktik tədbirlərin görülməsi, biçinə cəlb olunacaq bütün kombayn və traktorların ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, taxıl zəmilərinin yol kənarlarından və meşə zolaqlarından şumlanma yolu ilə ayrılması kimi məslələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.






