Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Elektrik Şəbəkəsi tərəfindən görülmüş işlər barədə

07 oktyabr 2026 | 14:16

Qax Elektrik Şəbəkəsi tərəfindən görülmüş işlər barədə

 

Qax rayonunda istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, eləcə də şəbəkənin təhlükəsiz fəaliyyətinin yüksəldilməsi məqsədilə Qax Elektrik Şəbəkəsi tərəfindən 2026-cı il ərzində təmir-bərpa, yenidənqurma və profilaktik tədbirlər davam etdirilmişdir.

Yüksək gərginlikli yarımstansiya və xətlərdə mühüm texniki yenilənmələr aparılmışdır. 110/35/10 kV-luq “Şıxlar” Yarımstansiyasında 10 kV-luq “Almalı” hava xəttinin qəzalı şin ayrıcısı dəyişdirilmiş, 35/10 kV-luq “Yeni İlisu” Yarımstansiyasının ərazisi yaşıl bitki örtüyündən, 10 və 35 kV-luq Qapalı Paylayıcı Qurğular isə tozdan təmizlənmişdir. 10 kV-luq hava xətlərində ümumilikdə 20 ədəd yeni metal boru dayaq basdırılmış, 22 ədəd dayaq rənglənmişdir. Eyni zamanda, güclü külək və sel nəticəsində “Qorağan”, “Almalı”, “Əmircan”, “Qaşqaçay” və “Güllük” hava xətlərində baş vermiş qəza halları, zədələnmiş və çürümüş ağac dayaqlar operativ şəkildə yeni metal boru dayaqlarla əvəzlənmiş, qırılmış naqillər bərpa olunmuşdur. Rayonda elektrik avtomobillərinin istifadəsini dəstəkləmək məqsədilə şarj aparatının quraşdırılması ilə əlaqədar 10 ədəd quyu qazılaraq metal boru dayaqlar basdırılmış, 1500 metr SİP-3 kabel xətti çəkilmiş və ayrıcı avadanlıqlar quraşdırılmışdır. Yüksəkgərginlikli xətlərin mühafizə zolaqlarında təhlükəsizliyi təmin etmək üçün “IV Şəhər”, “Qaşqaçay”, “Qorağan”, “İlisu”, “Qaxbaş”, “Əmircan”, “Qıpçaq” və “Güllük” hava xətləri boyunca ümumilikdə 4.2 km məsafədə ağac budaqları təmizlənmişdir.

Aşağı gərginlikli (0.4 kV) xətlər və Transformator Məntəqələri (TM) üzrə də məqsədyönlü işlər həyata keçirilmişdir. Qax şəhərində əhalinin artan tələbatını nəzərə alaraq iki transformator daha böyük güclü (160 kVA və 320 kVA) analoqları ilə əvəz olunmuş, əlavə fazalar çəkilərək gərginlik rejimi tənzimlənmişdir. Rayonun İngiloy Kötüklü, İbaxlı, Armudlu, Marsan, Çüdüllü, Cəlayir, Turaclı, Fıstıqlı, Şıxlar, Əmbərçay, Əlibəyli, Qaratala, Qaxbaş, Qaşqaçay və Lələpaşa kəndlərində yerləşən transformator məntəqələrində və 0.4 kV-luq xətlərdə baş vermiş texniki qüsurlar və külək fəsadları aradan qaldırılmış, yararsız dayaqlar yeniləri ilə əvəzlənmiş, boşalmış naqillər tarımlaşdırılmışdır. Bu şəbəkə üzrə 11 ədəd yeni metal boru dayaq basdırılmış, 12 ədəd yararsız dayaq dəyişdirilmiş, Turaclı, Qaşqaçay kəndlərində və Qax şəhərində 30 ədəd 0.4 kV-luq dayaq rənglənmişdir. Həmçinin Əmbərçay, Qaşqaçay və Şotavar kəndlərində 1.4 km məsafədə xəttin mühafizə zolağı təmizlənmiş, Malax kəndindəki TM-də cari təmir aparılmış və rayon üzrə 18 ədəd TM-in mühafizə zonası ot və kollardan azad edilmişdir.

İstehlakçıların elektrik enerjisindən dəqiq və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə abonentlərə 14 ədəd birfazlı və 1 ədəd üçfazlı yeni sayğac quraşdırılmış, müvafiq SİP kabelləri, avtomatlar və sayğac qutuları istifadəyə verilmişdir. Qax Elektrik Şəbəkəsi rayon sakinlərinə daha keyfiyyətli xidmət göstərilməsi istiqamətində tədbirlərini ardıcıl olaraq davam etdirir.

Keçidlər