Qax Kommunal Müəssisələr Kombinatı tərəfindən görülmüş işlər və ŞQR-Filialın Qax şöbəsində 2026-cı il ərzində görülmüş işlərə dair məlumat
Qax Kommunal Müəssisələr Kombinatı tərəfindən görülmüş işlər barədə
Qax şəhərinin küçə və prospektlərində, parklarda, istirahət zonasında və yol kənarlarında təmizliyin lazımi səviyyədə saxlanılması məqsədilə Qax Kommunal Müəssisələr Kombinatı tərəfindən sanitariya-təmizlik tədbirləri hər gün fasiləsiz olaraq davam etdirilir.
Lakin şəhərimizin hər zaman təmiz, səliqəli və cəlbedici qalması yalnız təmizlik xidmətinin əməkdaşlarının zəhmətindən deyil, həm də hər bir sakinin və qonağın vətəndaşlıq məsuliyyətindən asılıdır.
Yaz fəslində yaşıllıqların və güllərin qorunması, payızda xəzəl təmizliyi, qış aylarında isə qar və buzla mübarizə necə ümumi işimizdirsə, yay fəslində də şəhərin təmizliyini qorumaq və tullantıları yalnız nəzərdə tutulmuş yerlərə atmaq hər birimizin mənəvi borcudur.
Qax Kommunal Müəssisələr Kombinatı sakinləri və şəhərimizin qonaqlarını təmizlik qaydalarına riayət etməyə, ətraf mühitə və kommunal işçilərin əməyinə hörmətlə yanaşmağa çağırır.
ŞQR-Filialın Qax şöbəsində 2026-cı il ərzində görülmüş işlərə dair
"Aztelekom" MMC-nin Qax şöbəsi rayonda 2026-cı il ərzində rabitə və internet xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə genişmiqyaslı yenilənmə işləri həyata keçirib. Mərkəzi stansiyada və kəndlərdəki optik rabitə qovşaqlarında yüksəkötürücülü müasir texniki avadanlıqlar quraşdırılıb, ehtiyat xətlər bərpa olunub. Görülən tədbirlər nəticəsində internetin həm sürəti, həm də kəsintisiz və dayanıqlı işləməsi təmin edilib.
Rayon ərazisində müasir optik internet texnologiyasının tətbiqi uğurla davam edir. İnternet və telefon çəkilişi üzrə nəzərdə tutulan plan tam icra olunub, nəticədə rayonda optik internetdən istifadə edən 13 mindən yuxarı internet istifadəçisi mövcuddur. Eyni zamanda rəqəmsal televiziya xidmətinə qoşulan abunəçilərin sayı da əhəmiyyətli dərəcədə artıb.
Müştəri məmnuniyyətini yüksəltmək üçün daxil olan texniki müraciətlər və qaynar xətt zəngləri operativ şəkildə, ən geci 8 iş saatı ərzində həll edilir. İnternetin keyfiyyətini və sürətini daima diqqətdə saxlamaq üçün isə hər gün xüsusi ölçmə proqramları vasitəsilə mütəmadi yoxlamalar aparılır və xidmətin səviyyəsinə nəzarət olunur.
Rabitənin kəsintisizliyini təmin etmək üçün həm rayon mərkəzində, həm də kəndlərdə geniş təmir və profilaktik işlər görülüb. Qaxbaş, Sarıbaş, Ləkit, Zərnə, Qıpçaq, Qazmalar və digər kənd ərazilərində kabel kanalları və optik xətlər əsaslı şəkildə yoxlanılaraq yenilənib. Stansiyalar ehtiyat elektrik generatorları yanacaqla təmin edilib, kommunikasiya xəttlərinə mane olan ağac budaqları kəsilib və riskli sahələrdə texniki təhlükəsizlik tədbirləri görülüb. Təmirə ehtiyacı olan abunəçilər üçün 24 kilometrdən çox yeni kabel çəkilib. Rayonda telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər cari il ərzində mərhələli şəkildə davam etdirilir






