Qax rayon Heydər Əliyev Mərkəzində 2026-cı il "Şəhərsalma və Memarlıq İli"çərçivəsində rayon gəncləri ilə marifləndirici görüş təşkil olunub.
Qax rayon Heydər Əliyev Mərkəzində 2026-cı il "Şəhərsalma və Memarlıq İli"çərçivəsində rayon gəncləri ilə marifləndirici görüş təşkil olunub.
Görüş Qax rayon İcra Hakimiyyəti, Qax rayon Heydər Əliyev Mərkəzi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru ,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçığı ilə baş tutub.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli "elan edilməsinin ölkəmizdə şəhər infrastrukturunun təkmilləşdirilməsi,
Memarlıq və mədəni irsin qorunması və s. istiqamətlərdə faydalarından bəhs ediblər. Çıxışçılar, həmçinin bu ilin gənclər üçün ən böyük faydalarından biri, memarlıq, şəhərsalma və inşaat sahələrində təhsil və karyera imkanlarının artması olduğunu vurğulayıblar.
Tədbirin keçirilməsində əsas məqsəd gəncləri şəhərsalma və memarlıq sahələrində daha fəal iştirak etməyə təşviq etmək, onların yaradıcılığını stimullaşdırmaq və bu sahələrdəki müasir inkişafa yönəltməkdir.






