Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aidiyyəti qurumları tərəfindən qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir

16 mart 2026 | 18:14
Qışlama fazasında olan bağacıqların fərdlərinin aşkarlanması və mexaniki üsulla məhv edilməsi məqsədilə aidiyyəti dövlət qurumları arasında bölgü əsasında Qax Rayon İcra Hakimiyyətinə ayrılmış 9 yaşayış məntəqəsindən artıq 7-də (Qarabaldır, Çüdüllü, Marsan, Şotavar, Tanqıt, Baydarlı, Qaradolaq) monitorinqlər başa çatdırılmışdır. Hazırda əlavə olaraq rayonun Cəlayir, Dəymədağlı, Şıxlar, Zərnə, Turaclı, Qaratala, İbaxlı, Qıpçaq, Qazmalar, Oncallı, Amanlı, Uzuntala kəndlərində monitorinqlər aparılır. Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqtala Regional bölməsinin, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qrumlarının təşkilatçılığı ilə rayonun Tasmalı, Zəyəm, Güllük, Qorağan, Əlibəyli, Lələpaşa, Lələli, Qındırğa kəndlərində də yaşayış evlərinə, inzibati binalara baxış keçirilmişdir. Əsasən, qışlama üçün əlverişli olan çardaqlarda, tavanarası sahələrdə, köhnə tikililərdə və s. isti yerlərdə qrup halında 400000-dən artıq yetkin zərərverici aşkarlanıb və məhv edilib.
Hazırda müvafiq qurumlar tərəfindən bu istiqamətdə monitorinqlər davam etdirilir, erkən aşkarlama və operativ tədbirlər tətbiq olunur, aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət həyata keçirilir. Gündəlik olaraq aparılan monitorinqlərin nəticələri Operativ Qərargah tərəfindən yaradılmış onlayn platformaya yerləşdirilir və mütəxəssislər tərəfindən təhlil olunur.
Keçidlər