Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Müqəddəs Ramazan ayı ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda görüş keçirilib.

20 fevral 2026 | 15:05

Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-idarəetmə və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin   rayon üzrə nümayəndəsi Tərlan Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi,  icma sədrləri və din xadimləri iştirak ediblər.

 Çıxış edənlər ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən danışıblar. Eyni zamanda, Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini icma sədrlərinə və din xadimlərinə tapşırıq və tövsiyələr verilib. Ramazan ayı ilə əlaqədar tədbirlərin QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər