Qax rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1.3-cü fəaliyyət istiqaməti çərçivəsində nəzərdə tutulmuş qrafik üzrə Qax Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzi tərəfindən 19-21 avqust 2025-ci il tarixlərində dövlət qulluqçularına təlimlər keçirilmişdir. Təlimlərdə Qax RİH-in aparat işçiləri, şəhər və kənd iəd üzrə nümayəndəliklərdə çalışan inzibati vəzifə tutan işçilər və rayonda fəaliyyət göstərən digər orqanların dövlət qulluqçuları iştirak etmişdir. DİM-in məsul vəzifəli şəxsləri müvafiq mövzular üzrə auditoriya iştirakçılarını məlumatlandırmış və sual doğuran məsələlərə aydınlıq gətirmişlər.






