Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev arıçılarla görüşüb
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayondakı arıçılıq təsərrüfatlarının rəhbərləri ilə geniş tərkibdə görüş keçirib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon rəhbərliyi, Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, Azərbaycan Arıçılar Assosiasiyasının sədri, Qax rayon “Arıçılar birliyi”nin üzvləri və rayon arıçıları iştirak edib.
Görüşdə çıxış edən RİH başçısı Elvin Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada arıçılığın inkişafı sahəsində həyata keçirilən layihələrdən, qəbul olunan dövlət prqramlarının uğurla reallaşmasından geniş söhbət açıb, arıçılıq təsərrüfatlarının fəaliyyətinin və bu sahənin inkişafının daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
O Cümlədən, görüşdə həmçinin rayon rəhbəri damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genefond arıxanalarının yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili istiqamətində görülən işlərin nəticəsi kimi son illərdə ölkədə arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə olunduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən arıçılar rayonda bu sahədə əldə olunan uğurlardan danışaraq, onları narahat edən problemləri də vurğulayıblar. Onlar istehsal edilən arı məhsullarının yerli və xarici bazarlara çıxışının dəstəklənməsi, lizing yolu ilə arı avadanlıqlarının gətirilməsi, arı məhsullarının brendləşdirilməsi, o cümlədən ana arı yetişdiricilərinə subsidiyaların verilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Arıçıların fikirləri diqqətlə dinlənilib, onları narahat edən problemlərin həllinə köməkliyin göstəriləcəyi diqqətə çatdırılıb.
Görüşdə çıxış edən sahibkarlar onlara göstərilən dövlət qayğısından razılıqlarını bildirərərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






