Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “ATU TRANS” MMC-nin fəaliyyəti ilə tanış olub

14 mart 2026 | 13:09
Azərbaycanda qeyri-neft sektorunun inkişafı və yerli istehsalın stimullaşdırılması dövlət siyasətinin ana xəttini təşkil edir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, sahibkarlığa göstərilən xüsusi diqqət və qayğı bölgələrdə yeni istehsal sahələrinin yaradılmasına, mövcud müəssisələrin isə daha müasir iş prinsiplərinə keçməsinə münbit şərait yaradır. Bu dövlət dəstəyi sayəsində Qax rayonunda da sahibkarlıq subyektləri öz fəaliyyət profillərini müasir bazar tələblərinə uyğunlaşdıraraq inkişaf etdirirlər.
Rafiq Şıxamirovun rəhbərlik etdiyi müəssisə 2005-ci ildən fəaliyyətə başlamış və uzun illər fındıq istehsalı sahəsində uğurla çalışmışdır. Lakin müasir dövrün çağırışlarını və aqrar sektorun yeni imkanlarını nəzərə alaraq, müəssisə 13 sentyabr 2022-ci il tarixdən fəaliyyət istiqamətini dəyişmişdir. Hazırda “ATU TRANS” MMC “ULU AQRO” MMC ilə bağlanmış müqavilə əsasında, yerli bağlarda yetişdirilmiş qabıqlı badamın sındırılması, ləpənin təmizlənməsi və hazır məhsul kimi təhvil verilməsi prosesini həyata keçirir.
Mövsümi xarakter daşıyan bu istehsal sahəsində işin həcmindən asılı olaraq 25-30 nəfər rayon sakini işlə təmin olunur ki, bu da əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm göstəricidir.
Rayon İcra Hakimiyyətinin başçısı müəssisədəki iş prosesini müsbət qiymətləndirərək, dövlət tərəfindən sahibkarlara yaradılan şəraitin yerlərdə səmərəli istifadə olunmasının vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, bu cür müəssisələrin fəaliyyəti rayonun iqtisadi potensialının güclənməsinə və yerli resursların emal zəncirinə daxil edilməsinə birbaşa xidmət edir.
Keçidlər