Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Baydarlı kəndində sakinlərlə görüşüb.
18 dekabr 2025 | 11:42
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Baydarlı kəndində sakinlərlə görüşüb.
Görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
RİH başçısı əvvəlcə Baydarlı kənd qəbiristanlığında şəhidlərimizi ziyarət edib, vətən övladlarının ölməz xatirəsinə öz ehtiramını bildirib.
Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüşdə sakinlər tərəfindən kəndin qazlaşdırılması, kənddaxili yolların təmir olunması, vətəndaşlara məxsus pay torpaq sahələrinin sənədləşməsinə köməklik göstərilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı Elvin Paşayev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.






