Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon təhsil işçiləri ilə görüşərək onlarla fikir mübadiləsi aparıb

21 yanvar 2026 | 14:18
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon təhsil işçiləri ilə görüşərək onlarla fikir mübadiləsi aparıb. Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Təhsil Sektorunun nümayəndələri, rayonun ümumtəhsil müəssisələrinin rəhbərliyi və müəllimlər iştirak ediblər.
Görüşdə çıxış edən rayon rəhbəri ölkədə Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan uğurlu təhsil siyasətinin , bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Təhsil sahəsində aparılan ardıcıl islahatlar, maddi-texniki bazanın möhkəmləndirilməsi, kadr potensialının inkişafı və müəllim əməyinin stimullaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Elvin Paşayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təhsil layihələrinin əhəmiyyətini xüsusi qeyd edib.
Rayonun zəngin təhsil ənənələrinin və yüksək göstəricilərinin respublika səviyyəsində ön sıralarda olduğunu bildirən rayon rəhbəri bu nailiyyətlərin daha da artırılması məqsədilə birgə əməkdaşlığın vacibliyini vurğulayıb və qarşıda duran perspektiv məsələləri müzakirə edib.
Tədbirdə çıxış edən natiqlər təhsilə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, əldə olunmuş nailiyyətlərin davam etdirilməsi, vətənpərvər və yüksək intellektli gənclərin yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.
Keçidlər