Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun mədəniyyət işçiləri ilə görüşərək onlarla fikir mübadiləsi aparıb

05 fevral 2026 | 09:49

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Sektor müdiri Ülkər Mahmudova və mədəniyyət sahəsində çalışan məsul şəxslər iştirak edib.

Görüşdə rayonun mədəniyyət müəssisələrinin mövcud vəziyyəti, onların müasir tələblərə uyğun fəaliyyətinin qurulması, bu sahədə vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək və s. müzakirə olunub.

Görüşdə çıxış edən rayon rəhbəri bildirib ki, mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın mədəniyyət siyasəti bu gün möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Milli mədəniyyətimiz beynəlxalq miqyasda layiqincə qorunur, mədəniyyət işçilərinin peşəkar inkişafına xüsusi dəstək göstərilir, bu sahədə zəruri infrastruktur, şərait, maddi-texniki baza yaradılır.

Görüşdə çıxış edənlər rayonda mədəniyyət sahəsində görülən işlərdən danışıb, qarşıda duran əsas vəzifələri diqqətə çatdırıblar. Eyni zamanda mədəniyyət işçiləri bir sıra məsələlərə dair münasibətlərini və fikirlərini səsləndiriblər.

Keçidlər