Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev sahibkarlarla görüşüb

25 dekabr 2025 | 14:14

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev sahibkarlarla geniş tərkibdə görüş keçirib. Heydər Əliyev Mərkəzində  baş tutan görüşdə rayon rəhbərliyi, Azərbaycan Biznesinin İnkişafı fondunun, KOB Şəki-Zaqatala regional koordinatoru, Qax KOB Dostu ofisinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Şəki Regional Bölməsinin, Azərbaycan Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin, Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq Filialının Qax Rayon Xidmət Şöbəsinin, 13 saylı Ərazi Vergilər İdarəsinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, həmçinin rayonda ictimai-iaşə sahəsində və digər sahələrdə fəaliyyət göstərən bir çox sahibkarlar iştirak edib.

            Görüşdə çıxış edən RİH başçısı Elvin Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb. Elvin Paşayev həmçinin biznes mühitinin yaxşılaşdırılması və dövlət dəstək mexanizmləri, eyni zamanda, sahibkarlara yaradılan güzəştlər və həyata keçirilən dövlət proqramlarının ölkəmizdə iqtisadi fəallığın artırılmasında mühüm rol oynadığını vurğulayıb.

          Görüşdə sahibkarlar tərəfindən istehsal edilən məhsulların yerli və xarici bazarlara çıxışının dəstəklənməsi, rayonda istehsal edilən məhsulların “on-line” satışı məqsədilə saytın yaradılması, güzəştli kreditlərin verilməsi ilə bağlı hazırda qüvvədə olan şərtlərin yumşaldılması, rayonda quşçuluq və heyvandarlıq sahələrinin inkişafı, tütünçülük və fındıqçılıq sahələrində çalışan sahibkarların lazımi kənd təsərrüfatı aqreqatları və avadanlıqları ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı təkliflər səsləndirilmiş, problem və çətinliklərdən çıxış yolları araşdırılmışdır.

          Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mövcud problemlərin aradan qaldırılması yolları barədə ətraflı fikir mübadiləsi aparılmış və bir sıra məsələlər müzakirə olunmuşdur.

           Görüşdə çıxış edən sahibkarlar onlara göstərilən dövlət qayğısından razılıqlarını bildirərərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər