Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Zəyəm kəndində səyyar qəbul keçirib

03 mart 2026 | 12:29

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Zəyəm kəndində sakinlərlə  görüşüb.

Görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edib.

RİH başçısı əvvəlcə Zəyəm kənd qəbiristanlığında şəhidlərimizin məzarını ziyarət edib, sonra isə şəhid ailələri ilə görüşərək  onların müraciətlərini dinləyib.

Kənd sakinləri ilə görüşdə  rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, uğurlu siyasət nəticəsində ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb.

Görüşdə eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması və bu xidmətin əlçatan və üstünlükləri barədə vətəndaşlara məlumat verilərək, onlara https://rih.gov.az/  platformasından istifadə etmək tövsiyə olunmuşdur.

Səyyar görüşdə sakinlər tərəfindən kənddaxili küçələrin işıqlandırılması, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, pay torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı Elvin Paşayev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Keçidlər