Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin başçısı “Qax Mineral Su-İlham” firmasının fəaliyyəti ilə tanış olub

03 mart 2026 | 15:22

Son illər Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də yerli istehsalın inkişafına dövlət dəstəyi getdikcə gücləndirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl iqtisadi islahatlar bölgələrdə sahibkarlıq mühitinin sağlamlaşdırılmasına, məhsuldarlığın artırılmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradır. Məhz bu məqsədyönlü tədbirlərin nəticəsidir ki, rayonlarımızın daxili resurslarından səmərəli istifadə edilməsi ölkənin ümumi iqtisadi mənzərəsinin əsas istiqamətlərindən birinə çevrilib. Rayonumuz bu baxımdan zəngin su ehtiyatları və emal sənayesi potensialı ilə seçilir.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Süskənd kəndi ərazisində yerləşən “Qax Mineral Su-İlham” firmasına baş çəkərək müəssisənin istehsalat prosesi və mövcud iş şəraiti ilə yaxından tanış olmuşdur.

Rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayan bu müəssisə daxili bazarın keyfiyyətli mineral sularla təmin olunmasında mühüm paya malikdir. Firmada hazırda 16 nəfər daimi, 43 nəfər isə mövsümi işçi fəaliyyət göstərir ki, bu da kənd yerlərində məşğulluğun təmin olunmasına mühüm töhfədir. Müəssisədə istehsal olunan məhsullar ölkə daxilində geniş satış şəbəkəsinə malikdir və alıcılar tərəfindən yüksək tələbatla qarşılanır.

 

Keçidlər