Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin başçısı “QURUBƏY” MMC-nin istehsalat sahəsi ilə tanış olub

18 mart 2026 | 16:35
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Qarabaldır kəndi ərazisində fəaliyyət göstərən “QURUBƏY” MMC-yə baş çəkərək müəssisənin fəaliyyəti və iş şəraiti ilə yaxından tanış olmuşdur.
17 oktyabr 2024-cü il tarixindən fəaliyyətə başlayan və Nofər Fərhadovun rəhbərlik etdiyi müəssisə qısa müddət ərzində yerli istehsalda öz yerini tutmuşdur. Hazırda müəssisədə 12 nəfər işçi çalışır və daxili bazar üçün 22 çeşiddə yüksək keyfiyyətli məhsul istehsal olunur. İstehsalat xəttinə müxtəlif ət və ət məhsulları, yarımfabrikatlar (gürcü xəngəli, yayma xəngəl), kolbasa və sosiska növləri, habelə Qax mətbəxinə xas olan qaxac edilmiş mal və qoyun əti daxildir.
İstehsal olunan məhsullar daxili bazarlarda satışa çıxarılır və alıcılar tərəfindən rəğbətlə qarşılanır. Rayon İcra Hakimiyyətinin başçısı yeni yaradılmış bu müəssisənin yerli məşğulluğun təmin edilməsi və qida sektorunun inkişafındakı rolunu müsbət qiymətləndirərək, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tövsiyələrini vermişdir.
Keçidlər