Qax Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü münasibətilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusuna və həmçinin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı rəsm müsabiqəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilmişdir.
Qax Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü münasibətilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusuna və həmçinin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı rəsm müsabiqəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə “Şəhərsalma və Memarlıq İli” ilə bağlı rəsm müsabiqəsində fərqlənmiş şagirdlərin rəsmlərindən və “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev Ümummilli lider Heydər Əliyevin həm keçmiş Sovetlər İttifaqı dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz xidmətlərindən danışmışdır. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılmış, diplomatiya sahəsində böyük uğurlar əldə edilmişdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi.
Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən geniş bəhs edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir və bu gün də öz aktuallığını qoruyub saxlayır. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası müasir, müstəqil Azərbaycanın möhkəmlənməsi və tərəqqisində mühüm rol oynayıb, bu irsin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib. Uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qazanılan bütün nailiyyətlərin təməlində isə Ulu Öndər Heydər Əliyevin zəngin irsi və ideyaları dayanır.
Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi sabitliyini möhkəmləndirir, azad edilmiş ərazilərdə quruculuq işləri sürətlə davam edir, beynəlxalq mövqeləri güclənir və gənclər üçün yeni imkanlar yaradılır. Bu inkişaf yolu Azərbaycanı daha qüdrətli və firavan gələcəyə aparır.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi islahatlar və irimiqyaslı layihələrin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Çıxışlarda həmçinin rəsm və əl işləri müsabiqəsinin rayonumuzda yeni istedadların ortaya çıxarılmasında əhəmiyyətli rol oynadığı vurğulanmışdır.
Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Bakı şəhərində keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin iştirakçısının, keçirilmiş şeir müsabiqəsinin qaliblərinin çıxışları konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.
Sonda Rəsm müsabiqəsinin qalibləri, şeir və təqdimat səsləndirən məktəblilər müvafiq qaydada təltif edildikdən sonra, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri təntənəli şəkildə təqdim edilmişdir.






