Qax Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "5 Mart- Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş toplantı keçirilib
Qax Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "5 Mart- Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş toplantı keçirilib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman prioritet sahələrdən birini təşkil edib. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın bu səhədə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman idmana, gənc nəslin sağlam təlim-tərbiyəsinə, vətənpərvər ruhda böyüməsinə xüsusi önəm verirlər. Çünki gənclər cəmiyyətimizin gələcəyidir.
Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin hazırlayır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.
Tədbirdə çıxış edənlər rayon idmançılarının uğurlarından bəhs etmiş, idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayonun idman həyatında fərqlənən bir qrup idmançı Fəxri Fərmanla təltif olunublar.






