Qax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Böyük Yarışın Açılışı!
29 yanvar 2026 | 15:55
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan 8-18 yaşadək oğlan və qızlar arasında ölkə çempionatının zona yarışlarının açılışı keçirildi. Açılış mərasimində Qax rayon Təhsil Sektorunun müdiri Babək Heydərov və məktəbin rəhbəri Pərvanə İsmayılova çıxış edərək idmançılara uğurlar arzuladı. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonda isə yarışın baş hakimi Sadiq Mehdiyev yarış qaydaları haqda ətraflı məlumat paylaşaraq yarışa start verdi.
Bu ilki yarışda hər rayondan 10 nəfər idmançı olmaqla altı rayonun təmsilçiləri – Qax, Zaqatala, Şəki, Balakən, Oğuz və Qəbələ – iştirak edir və qaliblər mart ayında keçiriləcək finala vəsiqə qazanacaq. Bütün iştirakçılara uğurlar arzulayırıq.






