Qax rayonunda "Gənclərin inkişafında könüllülüyün rolu" mövzusunda gənclərlə marifləndirici görüş keçirilib
Qax rayonunda "Gənclərin inkişafında könüllülüyün rolu" mövzusunda gənclərlə marifləndirici görüş keçirilib.
Görüş Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin və Qax Peşə Liseyinin birgə təşkılatçılığı ilə Qax Peşə Liseyində təşkil olunub.
Əsas məqsəd gəncləri könüllü fəaliyyətlərə cəlb etmək və gənclər arasında könüllük fəaliyyətinin təbliğ edilməsidir.
Tədbirdə Qax rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi İlqar Qədimov, GİKM -nin Şəki-Zaqatala regional nümayəndəliyin layihələr üzrə mütəxəssisi Elmir Həşimli və Qax Peşə Liseyinin Karyera üzrə mütəxəssisi Kəmalə Muxtarlı çıxış edərək könüllü fəaliyyətlərin cəmiyyətə və fərdlərə necə faydalı olduğunu vurğulayaraq, gənclərin könüllü fəaliyyətlərinin şəxsi inkişaflarına, sosial bacarıqlarının artırılmasına və liderlik xüsusiyyətlərinin formalaşmasına necə təsir etdiyindən bəhs ediblər.Çıxış edən gənc könüllü Nəzrin Əhmədova könüllük fəaliyyətinin faydalarından bəhs etmiş və öz könüllülük təcrübəsini gənclərlə bölüşmüşdür.






