Qax rayonunda “Mədəni irsimizi turizm imkanına çevirək” mövzusunda gənclər üçün təlim təşkil edilib.
19 iyun 2026 | 17:19
Təlim 18 iyun 2026-cı il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, Şəki Regional Turizm İdarəsi və Qax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbiri giriş sözü ilə açan Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov qonaqları salamlayaraq təlimin məqsədi barədə iştirakçılara məlumat verib.
Daha sonra təlimçilər, Şəki Regional Turizm İdarəsinin nümayəndələri Fərid Mustafayev və Aydan Süleymanova Azərbaycan Dövlət Turizm Agentliyinin fəaliyyəti, turizmin əhəmiyyəti, turizmin növləri, Azərbaycanın, eləcə də Qax rayonunun turizm potensialı, turizmin iqtisadi və sosial əhəmiyyəti, ekoturizmin mahiyyəti, məqsədi, gənclərin turizm fəaliyyətində iştirakı və könüllülük imkanları haqqında məlumat verərək, turizmin inkişafında gənclərin rolundan bəhs ediblər.
Təlimçilər həmçinin davamlı turizm modelinin əhəmiyyətini xüsusi vurğulayarkən, davamlı turizmin əsas prinsipləri,əsas istiqamətləri haqqında içtirakçıları məlumatlandırmışlar.Aqroturizmin kənd təsərrüfatı, mədəniyyət və turizmi birləşdirən sahə olduğun qeyd edən təlimçilər həm turistlərə yeni təcrübələr qazandırmaq həm də kənd yerlərinin sosial-iqtisadi inkişafına mühüm töhfə vermək üçün aqroturizmin inkişafının vacib olduğunu qeyd etmişlər.
Təlimçilərdən Orxan Əfəndiyev isə iştirakçılara özünüməşğulluq və brendləşmə mövzusuna toxunaraq turizmdə özünüməşğulluq insanlara yeni gəlir imkanları yaratdığını, brendləşmə isə bölgələrin tanınmasına və daha çox turist cəlb edilməsinə kömək etdiyini və bu iki istiqamətin həm gənclərin inkişafına, həm də regionların iqtisadi tərəqqisinə xidmət etdiyini qeyd etmişdir.
Təlimçilər Qax rayonunun zəngin təbiəti və dağ turizmi imkanlarından bəhs edərkən bu imkanlardan səmərəli istifadə etmək həm rayonun inkişafına, həm də yeni məşğulluq və sahibkarlıq imkanlarının yaranmasına kömək etdiyinin qeyd etmiş və bu potensialın tanıdılması və inkişaf etdirilməsində gənclərin rolu əvəzsiz olduğunu vurğulamışlar
Təlimdə turizm sahəsində fəaliyyət göstərən ,təhsil alan gənclər və könüllülər olmaqla ümumilikdə 35 nəfər iştirak etmişdir.
Təlimin keçirilməsində əsas məqsəd gənclərin turizm sahəsində maarifləndirilməsi, onların bu sahəyə marağının artırılması və turizmin inkişafında fəal iştirakının dəstəklənməsidir.






