Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda qadınların toplantısı keçirilmişdir

05 oktyabr 2023 | 09:36

Rayonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar 04 oktyabr 2023-cü il tarixdə, Heydər Əliyev Mərkəzində  rayonun ictimai-siyasi həyatında fəal rol oynayan, müxtəlif sahələrdə çalışan qadınların iştirakı ilə toplantı keçirilib.

 Tədbiri Qax  Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq, qeyd edib ki, tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, gender siyasətində də böyük dəyişikliklər və tərəqqi əldə edildi.Qadınlarımızın ictimai-siyasi həyata qayıdışı, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetməsinin prioritet istiqamətinə çevrildi.Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır.

 Vurğulanıb ki, ölkə tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən bu tədbirlərdə gələcəyin qadın hərəkatının əsası qoyulub və bununla da cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artıb. Bugün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

 Tədbirdə qadınların problemləri, gender məsələləri, qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı çağırışlar və bu kimi bir neçə aktual mövzularla bağlı çıxışlar dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır. Müzakirələr əsasən gender bərabərliyi, erkən və qohum nikahları, ailədaxili məişət zorakılığı hallarının baş verməsi, bölgələrdə yaşayan qadınların üzləşdiyi problemlər və digər məsələlər ətrafında aparılıb.

Toplantıda həmçinin rayon qadınlarının müraciət və təklifləri dinlənilmiş, sonda Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edəcək nümayəndələr seçilib.

 

Keçidlər