Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda ümumtəhsil məktəbliləri arasında "Şahin" hərbi -idman oyununun rayon birinciliyi keçirilib

14 aprel 2026 | 17:46
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qax rayon mərhələsinin yarışlarında 13 komanda mübarizə aparmışdır.
Şəhər 2 nömrəli məktəb-liseyin ərazisində keçirilən yarışın əvvəlində Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, Ərazi-idarəetmə və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova gənclərin vətənpərvərlik tərbiyəsində böyük rolu olan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsədin məktəbliləri ordu sıralarında hərbi xidmətə hazırlamaq, gəncləri vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə etmək, “Şanlı Zəfər” tariximizi aşılamaq, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına diqqəti artırmaq olduğunu vurğulamış, bütün iştirakçılara uğurlar arzulamışdır.
Çıxış edənlər “Şahin” hərbi idman oyunlarının əhəmiyyətindən danışmış, bu oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində vacibliyini diqqətə çatdırmış və yarış iştirakçılarına uğurlar arzulamışlar.
Sonra yarışların startı verilərək komandaların sıra hazırlığının səviyyəsi yoxlanılmışdır. Məktəblilər turnikdə dartınma, maneələrin dəf olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma, qumbara atma, mülki-müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardımın göstərilməsi və digər yarışlarda da qüvvələrini sınamışlar.
Rayon birinciliyinin qalibi Qax şəhər 2 nömrəli məktəb-liseyin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanmış, Şəhər 3 nömrəli və Tasmalı kənd tam orta məktəblərin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülmüşlər.
Keçidlər