Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda uzun illər səmərəli fəaliyyət göstərmiş və 65 yaşı tamam olmuş şəxslərlə görüş keçirilib

10 sentyabr 2026 | 11:34

Tədbirdə təhsil, mədəniyyət, səhiyyə, sosial xidmət, idarəçilik və digər sahələrdə uzun illər çalışan, öz peşə fəaliyyəti ilə rayonun inkişafına töhfə verən şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri insan amilinə, onun əməyinə və xidmətlərinə yüksək qiymət verilməsidir. Ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin əsasını təşkil edən diqqət və qayğı siyasəti hər bir vətəndaşın əməyinin və xidmətinin layiqincə qiymətləndirilməsini də özündə ehtiva edir.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, insan kapitalının gücləndirilməsi, vətəndaşların sosial rifahının yüksəldilməsi, müxtəlif peşə sahiblərinin əməyinə hörmət və ehtiram göstərilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Çıxışda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar və sosial layihələrin də cəmiyyətdə həmrəylik, mərhəmət və insan amilinə hörmət prinsiplərinin möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Bildirilib ki, 65 illik ömür yolu yalnız yaş göstəricisi deyil, eyni zamanda uzun illərin zəhmətinin, peşəkar fəaliyyətin və cəmiyyət qarşısında xidmətlərin göstəricisidir. Bu gün mükafatlandırılan şəxslərin hər biri öz sahəsində çalışmaqla rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatına töhfə verib, gənc nəslin formalaşmasına və peşəkar kadrların yetişməsinə xidmət edib.

Xüsusilə vurğulanıb ki, müəllimlərin yetişdirdiyi yüzlərlə məzun, səhiyyə işçilərinin insan sağlamlığının qorunması istiqamətində göstərdiyi xidmətlər, mədəniyyət sahəsində çalışanların milli-mənəvi irsin yaşadılması istiqamətində fəaliyyəti və digər sahələrdə çalışan insanların fədakar əməyi rayonun inkişaf tarixinin mühüm hissəsidir.

Daha sonra tədbirdə yubilyarların əmək fəaliyyətindən bəhs olunub, onların rayonun ictimai həyatında göstərdikləri xidmətlər yüksək qiymətləndirilib.

Sonda 65 yaşı tamam olmuş şəxslərə Qax Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.

Mükafatlandırılan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, uzun illər ərzində göstərdikləri əməyin belə yüksək qiymətləndirilməsini böyük mənəvi dəyər kimi qiymətləndiriblər.

Görüş qarşılıqlı səmimiyyət və xoş ovqat şəraitində başa çatıb.

Bu tədbir bir daha göstərib ki, insana, onun əməyinə və xidmətlərinə verilən dəyər Azərbaycan dövlət siyasətinin dəyişməz prinsiplərindən biridir. Çünki dövlətə və xalqa sədaqətlə xidmət edən insanların əməyinə ehtiram göstərilməsi həm mənəvi borc, həm də gələcək nəsillərə örnək olan mühüm dəyərdir.

Keçidlər