Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda yol nişanlama işləri aparılır

01 iyul 2026 | 14:22
Yol nişanlamaları və yolların xətlənməsi hərəkətin təhlükəsiz, nizamlı və fasiləsiz təşkilinə xidmət edir. Üfüqi nişanlama xətləri və digər yol işarələri sürücülərə və piyadalara hərəkət istiqamətini, zolaqları, keçid və dayanma yerlərini aydın göstərərək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına, nəqliyyat axınının səmərəli idarə olunmasına mühüm töhfə verir.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” tərəfindən şəhər yollarında yol hərəkətinin təhlükəsiz və səmərəli təşkil edilməsi məqsədilə yol nişanlamalarının və üfüqi nişanlama xətlərinin layihələndirilməsi, tətbiqi və yenilənməsi həyata keçirlir.
Rayonumuzun müxtəlif ərazi vahidlərində yol hərəkətinin təhlükəsizliyinin və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlama işləri aparılır.
Şəhərin Heydər Əliyev və Azərbaycan prospektləri, Ü.Hacıbəyli, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, N.Nərimanov, İ.Mustafayev, S.Qocayev küçələrində üfüqi nişanlama xətlərinin və piyada keçidlərinin yenilənməsi həyata keçirilir. Ümumilikdə 45 km-dən çox ərazidə xətləmə işləri görülüb. O cümlədən, Qax rayonunun Tasmalı, Qaratala, Qaysarlı, Ağyazı, Zəyəm, Marsan və Güllük kəndlərində və Qax-Zaqatala yolunda yol hərəkətnin təhlükəsizliyini təmin edilməsi məqsədilə müvafiq yol nişanları quraşdırılıb.
Hazırda Şəki ilə Qax şəhərlərini birləşdirən 35 km-lik avtomobil yolunun xətlənməsi işləri davam etdirilir.
Keçidlər