Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunun son illər idmanın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etməsinin əsas dayaqlarından biri də Qax Olimpiya İdman Kompleksidir

30 aprel 2026 | 10:50
Qax rayonunun son illər idmanın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etməsinin əsas dayaqlarından biri də Qax Olimpiya İdman Kompleksidir. Kompleks rayon əhalisinin xüsusilə də gənclərin sağlam həyat tərzinə cəlb olunmasında, idman strukturunun möhkəmləndirilməsində mühüm rol oynayır.
Qax Olimpiya İdman Kompleksi 16 avqust 2013-cü ildə cənab Prezident İlham Əliyevin rayona növbəti səfəri zamanı istifadəyə verilmişdir.
Kompleks müasir standartlara cavab verən idman qurğuları ilə təchiz olunmuşdur. Burada futbol meydançaları, trenajor zalı və digər köməkçi sahələr fəaliyyət göstərir.
Ümumi sahəsi 23 min 718 kvadratmetrdir. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılmışdır. Həmçinin burada idmançılar üçün istirahət otaqları da mövcuddur.
İdmançıların istirahətini təşkil etmək üçün kompleksin ərazisində hər biri dörd otaqdan ibarət olmaqla, beş ədəd ikimərtəbəli kottec tikilmişdir.
Kompleksdə süni ot ürtüklü futbol stadionu da fəaliyyətdədir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilmiş, məşqçi və hakim otaqları yaradılmışdır.
Ərazidə basketbol, voleybol və tennis meydançaları da fəaliyyət göstərir.
Bu infrastruktur həm qapalı həm də açıq məkanlarda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə şərait yaradır.
Kompleksin əsas fəaliyyət istiqamətlərindən biri də rayonda kütləvi idmanın inkişafıdır. Burada mütəmadi olaraq uşaqlar, yeniyetmələr və gənclər üçün futbol, voleybol, basketbol, güləş və digər idman növləri üzrə məşqlər təşkil olunur.
Olimpiya İdman Kompleksi həmçinin, rayon, bölgə və respublika səviyyəli bir çox yarışlara (Respublika Şahmat Olimpiadası, Ağırlıqqaldırma idman növü üzrə region birinciliyi, U-15 və U-18 Yeniyetmələr Arasında Cüdo Üzrə Region birinciliyi) və turnirlərə də ev sahibliyi edir.
Kompleks gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, istedadlı idmancıların yetişməsinə və ümumilikdə rayonda idman mədəniyyətinin formalaşmasına xidmət edir.
Keçidlər