Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax şəhər V.Əliyev adına 3 saylı tam orta ümumitəhsil məktəbində “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş “Qaxın dünəni, bu günü və sabahı” adlı maarifləndirici tədbir keçirilib.

22 may 2026 | 16:29

Qax şəhər V.Əliyev adına 3 saylı tam orta ümumitəhsil məktəbində “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş “Qaxın dünəni, bu günü və sabahı” adlı maarifləndirici tədbir keçirilib.               

       Keçirilən tədbirin əsas məqsədi Qaxın tarixi və memarlıq irsini tanıtmaq, şəhərin bugünkü inkişafını və gələcək perspektivlərini nümayiş etdirmək, şagirdləri və gəncləri şəhərsalma prosesinə cəlb etmək, həmçinin turizm və mədəni irsin təşviqinə töhfə vermək olub. 

         Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

         Tədbirin əvvəlində məktəblilərin hazırladığı “Qaxın dünəni, bu günü və sabahı” adlı videolent nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli "elan edilməsinin ölkəmizdə şəhər infrastrukturunun təkmilləşdirilməsi, Memarlıq və mədəni irsin qorunması istiqamətində faydalarından bəhs edərək bildirib ki, Müstəqil Azərbaycanın iqtisadi tənəzzüldən çıxarılması, eləcə də ölkəmizin dünya siyasətinə inteqrasiyası məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanın hərtərəfli inkişafını prioritet hesab edirdi.

Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın memarlıq üslubunun qorunmasına böyük həssaslıqla yanaşıb. Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir. Onun təşəbbüsü ilə 1969-cu ildən başlayaraq şəhərsalma sahəsində sistemli islahatlar həyata keçirildi. Həmin dövrdə Bakının Baş planı yenidən işlənildi. Geniş prospekt və yolların çəkilməsi bilavasitə onun adı ilə bağlıdır. O dövrdə Sovet ideologiyasının məhdudiyyətlərinə baxmayaraq, milli ornamentlərin memarlıq nümunələrinə daxil edilməsi cəsarətli və uzaqgörən bir addım idi.

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan şəhərlərinin memarlıq simasında yeni məzmun diqqət çəkdi. Bu mərhələdə inşa olunan monumental komplekslər ölkənin siyasi müstəqilliyini, iqtisadi potensialını ifadə edən simvollara çevrildi. Bu proses təkcə Bakını deyil, regionları da əhatə etdi. Şəhərlərin planlı inkişafı, infrastrukturun yenilənməsi və yaşayış mühitinin yaxşılaşdırılması ölkənin sosial-iqtisadi strategiyasının ayrılmaz hissəsinə çevrildi.  Şəhərsalma və memarlıq fəaliyyəti sosial rifahın yüksəldilməsi ilə birbaşa əlaqələndirildi.

Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri paytaxt Bakının və regionların inkişafıdır. Bu gün yeni reallıq Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bölgə yeni inkişaf mərhələsinə qədəm qoyur, müasir “Ağıllı” yaşayış məntəqələri qurulur. Hazırda bu ərazilər sürətlə dirçəlir və beynəlxalq diqqət mərkəzindədir. Bakı şəhərinin bu il Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi bunun bariz nümunəsidir. Sayca 13-cü olan forumun Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu, dayanıqlı inkişaf məqsədlərinə və sülhə mühüm töhfədir. Azərbaycan bütün bu işləri öz daxili resursları hesabına həyata keçirir.

Tədbir zamanı Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF) və mövzu ilə bağlı geniş təqdimatlar, həmçinin interaktiv müzakirələr aparılmış, uşaqların ifasında mövzuya uyğun şeirlər, mahnılar, rəqs nömrəsi və maraqlı səhnəciklər nümayiş etdirilib.

Sonda “Mənim irsim danışır” adlı xüsusi müsabiqə iştirakçılarının təqdimatları nümayiş etdirilib .

Keçidlər