Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxbaş kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir

03 oktyabr 2023 | 17:33

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində 3 oktyabr 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının  rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin ərazisindən keçən əsas yoldan səllim mal-qaranın yığışdırılmasına, Qobala çayına atılan məişət tullantılarının təmizlənməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

 Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

Keçidlər